ABŞ-ın İsraildəki səfirliyinin əməkdaşı Qüdsdəki mənzilində ölü tapılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri səfirlik təsdiqləyib.

Səfirlik hadisə ilə bağlı əlavə informasiya verməyib: "Sadəcə, deyə bilərik ki, vəfat edən şəxs səfir Cek Lyu deyil".

Məlumatda o da deyilir ki, diplomatın ölümündə "bəd niyyət axtarışında deyillər".

Firudin Səfərli

MİA.AZ