Bu gün Türkiyədə zəlzələ olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 12.26-da Kahramanmaraşın Elbistan rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Qeyd olunub ki, 7 km dərinlikdə baş verən zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Lamiyə Əhmədli
MİA.AZ