"Qəzzada dərhal atəşkəs elan edilməlidir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Kamala Harris Alabama ştatının Selma şəhərindəki çıxışında deyib.
O, Qəzzadakı savaşa toxunaraq tərəfləri atəşkəsə çağırıb: "Qəzzada dəhşətli iztirablar yaşanır. Bu səbəbdən dərhal atəşkəs təmin olunmalıdır. Ən azı hazırda masada müzakirə olunan 6 həftəlik atəşkəsə razılıq verilməlivə giroblar dərhal azad edilməlidir".
Bununla belə, Harris deyib ki, ABŞ İsrailin təhlükəsizliyi məsələsində güzəşt tərəfdarı deyil: "HƏMAS-ın İsrail üçün yaratdığı təhdid aradan qaldırılmalıdır. HƏMAS Qəzzəyə nəzarət edə bilməz, etməməlidir".
ABŞ mətbuatının məlumatına görə, Bayden rəhbərliyi ilə İsrail girovların azad edilməsi müqabilində 6 həftəlik atəşkəsə razıdır. Ancaq HƏMAS İsrail orddusunun geri çəkilməsini tələbetdiyindən razılaşma hələ olmayıb. Hazırda Misirin paytaxtı Qahirədə Təl-Əviv rəhbərliyi ilə HƏMAS arasında əsir mübadiləsi razılaşması çərçivəsində görüş davam edir.
Tahir Şəlvəli
MİA.AZ