Bu gün Türkiyədə zəlzələ olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 18.43-da Malatyanın Doğanşehir rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, zəlzələdə ölən və yaralanan yoxdur.
Zəlzələ Malatya ilə yanaşı, Adıyaman, Kahramanmaraş və Qaziantepdə də hiss olunub.
Firudin Səfərli
MİA.AZ