"Mən Ukraynaya hərbçilərimizi göndərməyəcəyəm".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts sosial media hesabında yazıb.
O bildirib ki, ölkəsi və NATO müharibə tərəfdarı deyil: "Biz Rusiya ilə NATO arasında müharibə istəmirik. Açıq və aydın desək, Almaniya kansleri olaraq, ordumuzu Ukraynaya göndərməyəcəyəm. Əsgərlərimiz bu sözümə güvənə, etibar edə bilər”.
Samir MUSAYEV
MİA.AZ