İsrail ordusunun Qəzzaya bomba yağdırması nəticəsində daha 76 nəfər həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, müharibınin 145-ci günü də İsrail bombardmanlara davam edib: "Son 24 saatda baş verən hücumlar nəticəsində daha 76 fələstinli ölüb, 110-u isə yaralanıb".
Xəbərdə deyilir ki, bununla da 7 oktyabr 2023-cü il tarixindən bu yana Qəzza zolağında ölənlərin sayı 29 min 954-ə, yaralıların sayı isə 70 min 325-ə çatıb.
Firudin Səfərli
MİA.AZ