Türkiyədə yenə zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, bu gün Bakı vaxtilə saat 17.09-da Çanaqqalada 4,6 bal gücündə zəlzələ baş verib. 

Episentri Biga mahalı olan zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss olunub. 

Dağıntı, ölən və ya yaralanan yoxdur.

Ləman

MİA.AZ