""Ayna" - "Zerkalo" qəzetləri həmişə ictimai fikrə təsir göstərən KİV-lərdən olub. Mən əminəm ki, tezliklə, qəzet ətrafında yaranan problemlər həll ediləcək. Mətbuat Şurası da bu istiqamətdə danışıqlar aparır".
Bu sözləri Aktual.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov maddi problemlər üzündən fəaliyyətini dayandıran "Ayna” - "Zerkalo” qəzetləri ətrafında yaranmış müəmmaya münasibət bildirərkən deyib.
Qəzetlərin çapının yenidən bərpası üçün danışıqların kimlərlə aparılmasına isə Əflatun Amaşovun münasibəti belə oldu:
"Əgər mən danışıqlar barədə ətraflı məlumat vermirəmsə, deməli, bir qədər gözləmək lazımdır. Ümumiyyətlə, bu barədə Elçin müəllimin özü ilə də danışmışam. Başqa istiqamətlərdə də danışıqlar gedir. Mətbuat Şurası "Ayna” - "Zerkalo" qəzetlərinin maddi durumunun yaxşılaşdırılması üçün müəyyən işlər görür və ümid edirik, gördüyümüz işlər öz bəhrəsini verəcək".
Xatırladaq ki, dövlətə xəyanətdə ittiham edilən qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra "Ayna” - "Zerkalo" qəzetləri fəaliyyətini dayandırıb.
Əflatun Amaşov Elçin Şıxlıya dəstək verdi - Açıqlama
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48