Dünya turnesi öncəsi ciddi bakteriya infeksiyası keçirən və reanimasiyada müalicə alan Madonna sağlamlığına qovuşduqdan sonra ilk səhnə turnesində bədbəxt hadisə ilə üzləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Londonda səhnəyə çıxan məşhur müğənni "Open Your Heart" mahnısı zamanı əyləşdiyi stuldan yıxılıb.

Lakin yayılan görüntülərdən aydın olur ki, Madonna özünü itirmədən yerdən qalxaraq ifasını davam etdirib.

Ləman

MİA.AZ