Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, Küveyt Əmiri Prezident İlham Əliyevə cansağlığı, Azərbaycana və onun dost xalqına inkişaf arzulayıb.