“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “exit-poll”un nəticələrini açıqlayıb.
Mia.az xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92,60 faizinin səsini qazanıb.
Mərkəzin direktoru Rizvan Abbasov bildirib ki, digər namizədlər nisbi xəta faizindən də aşağı nəticə əldə ediblər: "Ona görə də onların faizlər üzrə yerləri nisbidir".
“Exit-poll”un nəticələrinə əsasən, Fuad Ağası oğlu Əliyev 0,84, Qüdrət Müzəffər oğlu Həsənquliyev 0,46, Elşad Nəbi oğlu Musayev 0,11, Fazil Qəzənfər oğlu Mustafa 0,58, Razi Qulaməli oğlu Nurullayev 1,16, Zahid Məhərrəm oğlu Oruc 0,37 səs qazanıb.