"Quruluş Osman" serialının baş rol ifaçısı Burak Özçivit xanımı Fahriye Evcenlə birgə bir mebel markasının reklam simasına dəvət alıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, reklam üçün 2 illik 80 milyon TL-lik müqavilə imzalayan Fahriye Evcen çəkiliş zamanı şirkətə qeyri-adi tələb irəli sürüb.

O, çəkilişdən sonra evinə dönməsi üçün indidən komfortlui karavan tələb edib: "Aktrisa tələb edib ki, əgər dəbdəbəli karvanı burada görməsə, çəkilişə başlamayacaq".

Məlumata görə, Fahriye Evcenin karavan tələbi bir neçə saat ərzində təmin olunub və o, bundan sonra reklama çəkilib.

Çəkiliş meydançasında yaşanan "karvan böhranı" qısa zamanda ölkədə müzakirəyə çevriliob.

Əksər sosial media izləyiciləri bunu harınlığın pik həddi sayıblar.

Ləman

MİA.AZ