Fransada müəllimlər maaşlarının artırılması tələbi ilə yenidən tətil edəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin aparıcı təhsil ittifaqları bu barədə müəllimlərə çağırış edib.
Bildirilib ki, fevralın 6-da ölkə boyu müəllimlər tətilə start verəcəklər.
Müəllimlər maaşların artırılması ilə yanaşı, iş şəraitinin yaxşılaşdırılması və sair tələblər də irəli sürüblər.
Lamiyə Əhmədli
MİA.AZ