Fevralın 6-da saat 8:00-da prezident seçkiləri ilə bağlı təşviqat aparılması dayandırılacaq.
Mia.az xəbər verir ki, bu, seçki qanunvericiliyinə əsasən olacaq.
Xatırladaq ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə 7 namizəd qatılıb:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.