Cənubi Koreyada yerləşən "Korea Aerospace Industries") şirkətində çalışan indoneziyalı mühəndislərə cinayət işı açılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar hazırlanmaqda olan "KF-21" tipli döyüş təyyarələrinin texniki məlumatlarını oğurlamaqda ittiham olunurlar.
"Yonhap"ın məlumatına görə, indoneziyalı mühəndisləri “KF-21”in istehsalı ilə bağlı məlumatların USB-yə köçürərək, gizlətməyə çalışıblar: "Cənubi Koreya Milli Kəşfiyyat Xidməti müvafiq qurumlarla birgə indoneziyalı mühəndislərin iddia edilən texnologiya oğurluğunu araşdırır"
İstintaq çərçivəsində indoneziyalı mühəndislərə Cənubi Koreyanı tərk etmək qadağan edilib.
Xatırladaq ki, ənubi Koreya 2032-ci ilə qədər Hərbi Hava Qüvvələrinin inventarına 120 ədəd “KF-21” təyyarəsi təhvil verməyi planlayıb. Məlumata görə, bu məqsədlə bu ilin sonunda təyyarələrin kütləvi istehsalına start veriləcək.
Tahir Şəlvəli
MİA.AZ