Qəzzada daha 150 mülki fələstinli öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin Qəzzaya hücumlarında can itkisi günü gündən artır.
Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra bildirib ki, Qəzza zolağında son 24 saatda daha 150 fələstinli öldürülü, 313 fələstinli isə yaralanıb: "Bununla da 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayı 26 min 900, yaralı sayı isə 65 min 949-a yüksəlib".
Tahir Şəlvəli
Mia.az