Xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Kampala şəhərinə səfəri çərçivəsində Tanzaniyanın xarici işlər naziri January Makamba ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə XİN açıqlama yayıb: "Nazirlər Azərbaycan və Tanzaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. İkitərəfli əməkdaşlıq məsələləri də gündəmdə olub".