"Perinatal Mərkəzdə küvəz partlayıbmış... Tüstülənmə, yanğın an məsələsidir. 1 saniyəyə yer-göy zəhərli dumana bürünür. Halbuki, Təhlükəsizlik tədbirləri, ən əsası personalın hazırlığı o qədər güclü olmalıdır ki, hadisə ümumiyyətlə baş verməsin".
Mia.az xəbər verir ki, bu sözləri adıçəkilən mərkəzdə 4 körpənin ölümü ilə nəticələnən hadisə haqqında jurnalist Aygün Muradxanlı sosial media hesabında yazıb.
O bildirib ki, hər mərtəbədə yanğına qarşı püskürtmə balonları var: "Amma onlar sanki hesabatlarda adının qarşısına quş qoymaq üçündür. Heç işlədiyiniz yerdə onlardan istifadə qaydası ilə bağlı təlimdə olmusunuz, ya da belə təlim keçirildiyini eşitmisiz? Səhlənkarlıq, məsuliyyətsiz həddini çoxdan aşıb. Baş Prokurorluq bildirir ki, 3.05-də yanğın başlayıb, növbətçi həkim 7 dəqiqə sonra otağa gəlib, uyğun qurumlara məlumat verib. 7 dəqiqə o qədər personal harda olub, bəs? O şöbədə ən azı 2-3 tibb bacısı, 1-2 nəfər də digər tibb personalı olur. Siqnalizasiya işləməyib? Hamının eyni vaxtda yatması imkansızdır…
Niyələr çoxdur…
Dünyada ən ağır ölümdür uşaq ölümü. Ailələrinə necə təsəlli verəsən?".
Xatırladaq ki, Respublika Perinatal Mərkəzinə 2022-ci ilin dekabrında Mehriban Adil qızı Abasquliyeva direktor təyin olunub.
Bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Maraqlı budur ki, o, buna qədər Sabunçuda 2 saylı Doğum Evnin baş həkimi olub, haqqında xeyli təkzib olunmayan qalmaqalı xəbərlər var.
Digər maraqlı hal odur ki, hadisədən bir sutkaya yaxın vaxt ötsə də, direktordn hər hansı bir açıqlama gəlməyib...
Xatrladaq ki, yanğın hadisəsi dövlət başçısı İlham Əliyev tərəfindən şəxsi nəzarətə götürülüb.
Prokurorluq isə faktı ətraflı araşdırır.
Samir Musayev
MİA.AZ
Vüqar Qurbanov və Mehriban Abasquliyeva