Türkiyədə yenə zəlzələ olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, bu gün Bakı vaxtilə saat 17.26-da Elazığda 4,2 bal gücündə zəlzələ baş verib: "Elazığ şəhərinin mərkəzində 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 9,36 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib".
Məlumata görə, dağıntı və insan itkisi yoxdur.
Zülfiyyə
MİA.AZ