"Ukrayna ordusunun Belqorod şəhərinə hücumu nəticəsində 2 uşaq ölüb".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov yerli jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, bu gün Ukrayna Silahlı Qüvvələri Belqorod şəhər mərkəzinə hücuma edib: "İlkin təsbitlərə görə, hücumda 2 uşaq, bir nəfər isə yaşlı şəxs ölüb, yaralananlar var".
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə isə, Kiyev administrasiyası dünəndən 29-da Rusiya Federasiyası ərazisində çoxlüləli reaktiv yaylım atəşi sistemi ilə zərbələr endirib.
Samir Musayev
MİA.AZ