"ABŞ 2023-cü ildə Ukraynaya 24 milyard dollardan çox hərbi yardım edib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabındakı paylaşımda yazıb.
O qeyd edib ki, bu il ərzində ABŞ Ukraynaya 34 paket layihə əsasında 24 milyard dollardan çox hərbi yardım göndərib: ""Patriot” hava hücumundan müdafiə sistemləri, “Abrams” tankları, zirehli maşınlar, "ATACMS" raketləri, mina təmizləmə maşınları və digər vacib sursatlar aldıq...".
Zelenski ölkəsinə F-16 döyüş təyyarələrinin göndərilməsini isə “tarixi qərar” sayıb.
Ukrayna lideri ABŞ-dan ayrılan yeni 250 milyon dollarlıq hərbi dəstək paketinə görə Co Baydenə şəxsən təşəkkür edib: "Biz bu yardımı heç vaxt unutmayacağıq”.
Lamiyə Əhmədli
MİA.AZ