"Müharibə hazırlığını sürətləndirməliyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In Koreya İşçi Partiyasının ümumi yığıncağının ikinci günündəki çıxışında deyib.
O, ABŞ-ın rəhbərliyi ilə Şimali Koreyaya qarşı “görünməmiş təzyiqlər" olduğunu iddia edib: "Biz bu təhdidlərə qarşı müharibə hazırlıqlarını daha da sürətləndirməliyik. Hazırda Koreya yarımadasının təhlükəsizliyi təhlükə altındadır. Ordu, müdafiə sektorları və nüvə silahlarının inkişaf etdirilməsi proqramlarını daha da gücləndirməlidir".
Kim həmçinin anti-imperializm ölkələri ilə strateji əməkdaşlığı daha da inkişaf etdirməyə söz verib.
Tahir Şəlvəli
MİA.AZ