ABŞ prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə telefonda danışıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflər Qəzzadakı vəziyyət və humanitar yardım axını ətrafında müzakirə aparıblar.
Ağ Evdən verilən açıqlamaya görə, Bayden Qətər Əmiri Əl Tani ilə görüşündə Qəzzada əsirlərin, o cümlədən Amerika vətəndaşlarının azad edilməsi məsələsini qaldırıb və bu məsələdə dəstək istəyib.
Lamiyə Əhmədli
MİA.AZ