Meral Akşenerin lideri olduğu İYİ partiyasında istefalar davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meral Akşenerin Tuzla Bələdiyyə Başçı namizədi olaraq irəli sürdüyü İstanbul Bələdiyyə Məclisinin üzvü Akın Gürkan da İYİ Partiyasından istefa verib. 

O, istefasını partiya daxilindəki xoşagəlməz atmosfer və "şəxsi iddiaların ön plana çıxması" ilə əlaqələndirib: “Partiya daxilindəki fitnələrdən və şəxsi ambisiyalara söykənənn oyunlardan uzaqlaşaraq, Böyük Türk Millətinə xidmətdə müstəqil fəaliyyətimə davam edəcəyimi bəyan edirəm”.

Firudin Səfərli

Mia.az