Bir neçə ay əvvəl fəaliyyətini dayandıran Milli Vəhdət Partiyasının sədri, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz prezidentliyə iddiasını açıqlayıb.
Mia.az xəbər verir ki, o, 7 fevral 2024-də keçiriləcək Prezident seçkilərinə namizəd kimi qatılacaq.
Məlumata görə, o, artıq öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Xatırladaq ki, indiyədək 9 nəfər namizədliyini irəli sürüb.
Samir
Mia.az