İsrail Qəzzada daha iki hərbçisini itirib
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağının şimalında gedən döyüşlərdə general-mayor Tal Şua və sıravi əsgər Şai Ayeli həlak olublar.
Bununla da İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bu yana həlak olan İsrail hərbçilərinin sayı 471-ə yüksəlib: "Onlardan 139-u Qəzzadakı qarşıdurmalarda olub".
Tahir Şəlvəli
MİA.AZ