Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezident Ərdoğanla görüşü ilə bağlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinada xəbər verir ki, o, Ərdoğanla görüşündə 31 mart 2024-də keçiriləcək bələdiyyə seçkilərində iri şəhərlərdə dəstək məsələsinin müzakirə olunduğunu təsdiqləyib: "Ankara, İstanbul və İzmir əsas müzakirə mövzusudur. Bununla bağlı məsləhətləşmələr aparırıq. Digər şəhər və rayonlarda isə partiyamız seçkilərə öz namizədi, öz loqosu ilıə girəcək. Bu, mübahisəsizdir".
Lamiyə Əhmədli
MİA.AZ