İsrailin daha bir hərbçisi həlak olub.
Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu məlumat İsrailin rəsmi dövlət televiziyası olan KAN-da yayımlanıb.
Açıqlamaya görə, Qəzzanın cənubunda gedən döyüşlərdə Lior Sivan adlı hərbçi həlak olub.
İsrail Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Bildirilib ki, bununla da 7 oktyabrdan bu yana həlak olan hərbçilərin sayı 465-ə yüksəlib: "Onlardan 133-ü Qəzzada quru əməliyyatında həlak olublar"
Firudin Səfərli
MİA.AZ