ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Ərdoğana zəng edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə İsrailin Fələstin torpaqlarına, xüsusilə Qəzzaya hücumları, Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.
Türkiyə mətbuatlı yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə Qəzzada baş verən insan faciəsinin bir an əvvəl dayandırılmasının vacibliyini, ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini geri çəkməsinin tezliklə atəşkəsi təmin edə biləcəyin xüsusi vurğulayıb: "Prezident Ərdoğan İsrailin hücumlarının uzanmasının mənfi regional və qlobal nəticələrə səbəb ola biləcəyini, Türkiyənin təklif etdiyi qarant mexanizminin yaradılmasının, verdiyi vədlərə əməl edərək, 1967-ci il sərhədləri əsasında müstəqil, suveren və paytaxtı Qüds olan Fələstin Dövlətinin qurulmasının ən məqbul olduğunu və bunun qalıcı bir həll olduğunu ifadə edib. Bundan başqa tərəflər F-16 məsələsi ətrafında da müzakirə aparıblar".
Lamiyə Əhmədli
MİA.AZ