İyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi hökumət bütün fransız əsgərləri ölkəni tərk edəcəklərini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Niger Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, vaxtilə ölkədə yerləşdirilən fransız əsgərləri ən geci dekabrın 22-də maddi-texniki təchizatları birgə Nigeri tərk edəcək: "Dünəndən etibarən ölkədə olan təxminən 1500 əsgərdən 1346-nın Nigeri tərk edib, qalan 157 əsgər də sözügedən tarixə qədər ölkədən gedəcəklər".
Lamiyə Əhmədli
MİA.AZ