Partiya sədri deputata klassik maşın hədiyyə edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klassik avtomobil hobbisi ilə tanınan MHP sədri Dövlət Baxçalı partiyasının Antalyadan deputatı olan Abdürrəhman Başkana 1982-ci il model “Mercedes” markalı avtomobil bağışlayıb.
Bu barədə sosial media hedsabında öaylaşım edən deputat bildirib ki, Dövlət Baxçalıdan Cümhuriyyətin 100-cü ildönümü münasibətilə 1923 nömrəli bu avtomobili qoruyacaqlar: "Bunu mən və ailəm nəsildən-nəslə ötürərək qoruyacaqlar".
Fərid
MİA.AZ