Türkiyə ordusunun zabiti İraqda həyatını itirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqda piyada leytenant Eril Alperen Əmir Pəncə-Kilid Əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücumda şəhid olib: "Bizi dərin ağrı və hüznlə dolduran bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.

Zülfiyyə

MİA.AZ