Yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) iclası keçiriləcək. İclasda Prezidentliyə namizəd irəli sürüləcək.

Mia.az xəbər verir ki, bunu Report-a Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

T.Budaqovun sözlərinə görə, yeni nizamnaməyə görə səlahiyyət idarə heyətinə ötürülüb.