Rəsmi Moskva ABŞ-a BMT Təhlükəsizlik Şurasındakı davranışına etiraz edib.
Mia.az xarici mətuata istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
XİN ABŞ-ın Qəzzada atəşkəsin elan olnması barədə BMT TŞ-də qətnaməyə veto qoymasının sağlam məntiqə sığmadığını bildirib: "ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyması bölgədə qan tökülməsinə razılıqdır. Bu, o deməkdir ki, Qəzzada hələ qan töküləcək və dəhşətli fəlakətlər davam edəcək".
Xatırladaq k, Qəzzada təcili atəşkəs layihəsi ABŞ vetosu ilə bloklanıb.
Tahir Şəlvəli
MİA.AZ