Türkiyədə sosial media fenomenlərini vergidənyayınma ittihamı ilə həbsi gündəm mövzusu olaraq qalır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda gündəmdə olan fenomenlərdən biri də var-dövləti müsadirə edilən Eylül Öztürkdür.
Artıq onun Amerikada 10 evi necə aldığı araşdırılır.
Məsələ ilə bağlıı sosial media hesabında paylaşım edən fenomen bildirib ki, evlərini qanunsuz yolla almayıb: "İllərlə qənaət edərək ev aldım. Mən qənaətcil qadınam. Evlərin hər biri 125 min dollardır. Türkiyədə ancaq 125 min dollara maşın ala bilərsiniz. Hamısını satsam, yalnız bir böyük ev ala bilərdim. Kaş ki, elə də edəydim. O zaman söz-söhbət olmazdı. İnsanlar indi elə bilir ki, mənim 10 malikanəm var. İllərlə yemədim, içmədim, pul yığdım. Amerikada 100 min dollara ev almaq olar. İstanbulda bu mümkün deyil. Təəssüf ki, bunu anlamırlar.
Bir sözlə, mən həmişə son dərəcə qənaətcil, pul qazanmağın nə qədər çətin olduğunu bilən, övladlarımın gələcəyi üçün pul yığmaq üçün gecə-gündüz çalışan qadın olmuşam. Heç vaxt brendlərə və ya başqa şeylərə aludə olmamışam".
Sosial media fenomeni daha sonra qarğış edib: "Ramazan gəlir, hamınız oruc tutacaqsınız, amma siz mənim haqqımı tapdalayırsız və mən sizə haqqımı bağışlamıram".
Ləman
MİA.AZ