Türkiyədə gözəllik salonlaırnın sahibi, eyni zamanda, sosial media fenomenləri Dilan Polat və Engin Polatla başlayan sosial media fenomenlərinə qarşı həbs dalğası davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün 127 gözəllik salonuna sahib olan və vaxtilə "Dilan Polatı bu sektora mən gətirdim" deyən, sonradan isə peşmançılığını açıq büruzə verən Neslim Güngen və həyat yoldaşı İnanç Güngen saxlanılıb.

Türkiyə mətbuatı yazır ki, onların haqqında İstanbul şəhərinin Küçükçekmece rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb: "Onlar da digər sosial media fenomenləri kimi vergidən yayınma, qaçaqmalçılıq, "çirkli pulların yuyulması" və sair kimi cinayətlərdə ittiham olunurlar. Bu ittiham əsasında onların bütün mal-mülklərinin üzərinə istintaq bitənə qədər həbs qoyulub".

Xatırladaq ki, Neslim Güngen vaxtilə "Dilan Polatı bu sahəyə mən gətirdim, onu çox adamla tanış etdim. Açığı, bununla özüm öz ayağıma sıxdım. Ona dəstək istəyəndə, kömək etdim, cihazlarımı istədiyi ucuz qiymətə satdım...", - demişdi.

Ləman

MİA.AZ