Bu gün İsrail Qəzzadakı Cibaliya qaçqın düşərgəsini bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA açıqlama yayıb.
Bildirilib ki, Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinin bombalanması nəticəsində 100-dən çox adam ölüb: "Bundan əlavə, onlarla insanın yaralanıb, çoxlu sayda isə dağıntılar altında qalan var".
Firudin Səfərli
MİA.AZ