Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.

Mia.az xəbər verir ki, zirvə görüşünə gələn dövlət başçısını BMT-nin Baş katibi Antonio Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıblar.