Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 29.11.2023-cü il tarixində yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
Saat 20:10
Mingəçevirdə zəlzələ olub.
Mia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Mingeçevirdə saat 19:49-da maqnitudası 4,5 olan zəlzələ qeydə alınıb.
Təbiət hadisəsi Gəncə, Yevlax və Goranboy rayonlarında 4-3 bala qədər hiss olunub.
Zəlzələ ocağı yerin 15 kilometr dərinliyində olub.