"Ukraynanın PUA-larının səhərə yaxın Moskvaya hücumunun qarşısı alınıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 07.30-da paytaxta hücum olub: "Kiyev rejiminin pilotsuz uçuş aparatlarından istifadə edərək terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemlərimiz Ukraynaya məxsus PUA-nı Moskva vilayətinin Podolsk şəhəri yaxınlığında məhv edib".
Moskva meri Sergey Sobyan də hadisə ilə bağlı sosial media hesabında paylaşım edib: "Moskvaya doğru uçan PUA məhv edilib. İlkin məlumatlara görə, hər hansı dağıntı və ya itki yoxdur. Dağıntıların düşdüyü yerdə araşdırma aparılır"
Firudin SƏFƏRLİ
MİA.AZ