"TikTok"da "Laz kızı" adıyla məşhurlaşan türkiyəli qadın qandallanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ad-soyadı gizli saxlanılan (G.D kimi təqdim olunur - Mia.az) qadın bu gün TikkTok-da ədəbsiz geyim və davranışlara görə saxlanılıb.
Məlumata görə, yarıçılpaq geyim və hərəkətləri ilə canlı yayımda "hoqqa verən" "Laz kızı" istifadəçi adı ilə 35 yaşlı G.D. TikTok-da böyük pul qazanmaqla məşğul olub.
Onun ictimai qaydalara zidd hərəkətlərinə isə prokurorluq laqeyid qalmayıb və o, bu gün prokurorluğa çağırılıb və ifadəsi alındıqdan sonra o, məhkəməyə göndərilib: "Anadolu 10-cu Sülh Cəza Məhkəməsi onun barəsində ölkədən çıxışına qadağa qoymaqla, polis nəzarətinə verilmə barədə qərar verib".
Firudin Səfərli
MİA.AZ