Qəzzada İsrail və Həmas arasında müvəqqəti atəşkəs müddəti 2 gün daha uzadılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail və HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəsin uzadılması ilə bağlı aparılan danışıqlar nəticə verib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vasitəçilik səyləri çərçivəsində Qəzza zolağında atəşkəsin daha 2 gün uzadılması barədə razılıq əldə olunub.
İsrail və HƏMAS cinahı da faktı təsdiqləyiblər.
Samir Musayev
MİA.AZ