Partiya Nizamnaməsini “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə uyğunaşdırmaq üçün keçirilən Qurultayda AMİP Nizamnaməsinə qanunun tələblərindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilib.

Mia.az xəbər verir ki, nizamnamədə həmçinin Pariyanın icra və qərarverici qurumlarının vəzifə və səlahiyyətləri, təyinatlı və seçkili qurumların formalaşması və say tərkibi ilə bağlı da müvafiq dəyişiklər edilmiş, partiyanın idarəedici orqanı olan Siyasi Şuranın birbaşa Qurultay tərəfindən seçilməsi, rayon (şəhər) təşkilat sədrlərinin Siyasi Şura tərəfindən təsdiqi, AMİP Mərkəzi Şurasını adının dəyişdirilərək AMİP Ali Məclisi adlanması ilə bağlı düzəlişlər olunub.

Qurulytayda həmçinin ölkədə və regionda mövcud olan siyasi vəziyyət, beynəlxalq güclərin ədalətsiz mövqeyi, eləcə də ölkəmizdəki sosial-iqtisadi vəziyyətlə bağlı geniş müzakirələr aparılıb.