"İsraillə noyabrın 24-də qüvvəyə minən 4 günlük atəşkəs rejimini uzatmağa çalışırıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı HƏMAS yayıb.
Bəyanata görə, daha çox məhbusu azad etmək üçün vasitəçilərlə müzakirə davam edir: "Biz İsrailin əlində olan daha çox fələstinlilərin azad olunması üçün danışıqların davam etdirilməsində problem görmürük. Əksinə, atəşkəs rejiminin uzadılmasına çalışırıq".
Onu da qeyd edək ki, ötən gecə İsraillə HƏMAS arasında 3-cü əsir və girov mübadiləsi baş verib. Bu dəfə HƏMAS yenə 17, İsrail isə 39 nəfəri azadlığa buraxıb.
Firudin Səfərli
MİA.AZ