Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya gəlib.

Mia.az xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutur.

Məlumata görə, Baş nazir SPECA iqtisadi forumunda iştirak edəcək. Onun Prezident İlham Əliyevlə görüşü, dövlət başçılarının sammitində çıxışı nəzərdə tutulub.