Türkiyənin Malatya şəhərinin Battalgazi rayonunda iki güclü zəlzələ baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün saat 17.46-da 5,2 bal gücündə olan ilk zəlzələdən üç dəqiqə sonra 4,7 bal gücündə daha bir zəlzələ olub.
Zəlzələ ətraf əyalətlərdə hiss olunsa da, ölən və yaralanan olmayıb.
Lamiyə Əhmədli
MİA.AZ