İsraillə HƏMAS arasında dünən gecə əldə olunan anlaşmaya əsasən sabah Bakı vaxtı ilə səhər saat 06:00-da əsir mübadiləsinin ilk mərhələsinə start veriləcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen açıqlama verib.
Nazirin sözlərinə görə, HƏMAS 4 gün ərzində hər gün eyni saatda 12 və ya 13 əsiri azad edəcək: "İsrailin azad edəcəyi 300 nəfərlik siyahı da hazırlanıb".
Lamiyə Əhmədli
MİA.AZ