Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Qubadlının icra başçısı Malik İsakovun bacısı oğlunu yüksək vəzifəyə təyin edib.
Bu barədə Mia.az-a verilən məlumata görə, bu ilin avqust ayında Dövlət Su Ehtiyatları Agentliyinin "Azərsu" ASC-nin Qaradağ Su-Kanal İdarəsinin rəisi vəzifəsindən nöqsana görə çıxarılan Elnur Şamxal oğlu Əliyev Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi təyin olunub.
O, bu vəzifədə Namizəd İsmayılovu əvəzləyib.
Mia.az-ın əldə etdiyi məlumata görə, Elnur Əliyev Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsakovla Bakı Şəhər İcra Hakimiyyətində hündürmərtəbəli binaların tikintisi üzrə sərəncamların verilməsində adı tez-tez hallanan Nəriminə İskəndərovanın bacısı oğludur.
Firudin Səfərli
MİA.AZ