Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsindən azad olunub.
Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də bu vəzifəyə təyin edilmişdi.
Prezidentin digər sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilərək, Müdafiə sənayesi naziri təyin olunub.