Türkiyə prezident Ərdoğan noyabrın 17-də Almaniyaya gedir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu dəfə Avropadan mesajlar verəcək. 

Məlumata görə, Ərdoğan-Şolts görüşü paytaxt Berlində keçiriləcək.

İki lider İsrailin Qəzzaya hücumunu, 50 milyard avroya yaxınlaşan ticarət əlaqılərini, bölgədəki digər problemləri və Türkiyənin Aİ-yə üzvlük prosesini müzakirə edəcəklər.

Lamiyə Əhmədli

MİA.AZ